Tunisli bank rəhbərinin başına gələn iş dünyanın diqqət mərkəzindədir. SİA xəbər verir ki, filialdan başqa yerə inkassator avtomobili ilə pul daşıyan bank rəhbəri yolüstü evdə işləyən santexnikə baş çəkmək istəyir. O, sürücü və mühafizəçini avtomobildə qoyaraq evə qalxır və bir neçə dəqiqə sonra qayıtdıqda gözlərinə inanmır. Onların hər ikisi 200 000 dolları götürüb aradan çıxmışdılar. Çarə polisə zəng etməkdi.
Hadisə yerinə gələn polis bank rəhbərini idarəyə aparır. Bir neçə saat sonra isə sürücü də saxlanılır. Məlum olur ki, mühafizəçi dəfələrlə həbsxanaya düşmüş şəxsdir və barəsində 10 maddə ilə axtarış elan edilib.
Mühafizəçi axtarışa verilib, bankir və sürücü isə həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB