Ukrayna prezidenti Volodimir Zelenski "Biz qələbənin yaxınlaşdığını hiss edirik" mesajını verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski sosial media hesabından paylaşdığı video mesajında Rusiya-Ukrayna müharibəsinin 263-cü günündə baş verən son hadisələri dəyərləndirib.
Ukraynada siyasətçilərin, təhlükəsizlik qüvvələrinin nümayəndələrinin və müxtəlif peşə sahiblərinin öz vəzifələrini yerinə yetirərək qələbəyə doğru birlikdə hərəkət etdiklərini bildirən Zelenski, “Hamımız indi qələbəmizin yaxınlaşdığını hiss edirik” deyib.
Xerson vilayətində nəzarəti bərpa etdikləri yaşayış məntəqələrindən 226-da təhlükəsizlik tədbirləri görüldüyünü, orada sabitliyin təmin olunduğunu deyən Zelenski bu məntəqələrdə 100 minə yaxın mülki şəxsin yaşadığını qeyd edib. Rusiya əsgərlərini Xerson vilayətində hərbi cinayətlər törətməkdə günahlandıran Zelenski bölgədə mülki və hərbi cəsədlərin aşkar edildiyini və araşdırmalara başlanıldığını bildirib.
Zelenski bəyan edib ki, ölkə daxilində ən qaynar münaqişələr Donetsk cəbhəsində davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB