"NATO müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinəyik” - Ağ Evin mətbuat katibi

"NATO müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinəyik” - Ağ Evin mətbuat katibi

"ABŞ Türkiyənin İstanbul şəhərində baş verən zorakılıq aktını qətiyyətlə pisləyir". SİA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer tviter hesabında yazıb.

Ağ Ev rəsmisi terror aktında yaralananlara şəfa diləyib, yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib. “Biz terrorla mübarizədə NATO müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinəyik”, - Ağ Evin mətbuat katibi sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, dünən Türkiyədə törədilən terror aktında 81 nəfər xəsarət alıb, 6 nəfər ölüb

Bütün xəbərlər Facebook səhifəmizdə