"Heç bir şey bizim birliyimizi və həmrəyliyimizi poza bilməyəcək” - Türkiyəli nazir

"Heç bir şey bizim birliyimizi və həmrəyliyimizi poza bilməyəcək” - Türkiyəli nazir

Türkiyənin Ailə, əmək və sosial xidmətlər naziri Derya Yanık Türkiyənin İstiqlal küçəsində baş verən partlayışla bağlı paylaşım edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, nazir Yanık partlayışda həyatını itirənlərdən birinin nazirlik əməkdaşı Yusuf Meydan və qızı Ecrin olduğunu açıqlayıb.

Derya Yanık açıqlamasında "İstanbuldakı xain hücumun acı xəbəri ilə ürəyimiz yandı. Həmkarımız Yusuf Meydanı və qızı Ecrini itirdik. Ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı veririk. Ata və qızını öldürən bu xain hücumu lənətləyirəm. Dövlət olaraq həyatını itirən bacı-qardaşlarımızın ailələrinin, yaralılarımızın yanında bütün imkanlarımızla yanındayıq. Heç bir şey bizim birliyimizi və həmrəyliyimizi poza bilməyəcək”, - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə