ABŞ Ukraynaya növbəti hərbi yardım paketi ayıracaq

ABŞ Ukraynaya növbəti hərbi yardım paketi ayıracaq

ABŞ Ukraynaya növbəti hərbi yardım paketi hazırlayır. Bu barədə yaxın həftələrdə məlumat veriləcək.

SİA APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.

“Siz bu günlərdə elan etdiyimiz yardım paketindən xəbərdarsınız. Yaxın həftələrdə növbəti paket elan olunacaq” – deyə Sallivan vurğulayıb.

Müşavirin sözlərinə görə, ikinci paket də əvvəlki həcmdə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə