Rusiya səfirliyi Türkiyəyə başsağlığı verib

Rusiya səfirliyi Türkiyəyə başsağlığı verib

Rusiyanın Türkiyədəki səfirliyi sosial şəbəkələr vasitəsilə İstanbulun İstiqlal küçəsində 6 nəfərin öldüyü, 81 nəfərin yaralandığı terror aktı ilə əlaqədar türk xalqına başsağlığı verib.

“Biz dərin kədər hissi ilə öyrəndik ki, İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu Rusiya diplomatlarının bəyanatında deyilir.

“Biz həlak olanların yaxınlarına və türk xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”.

Bunu da Rusiyanın Ankaradakı səfirliyi bildirib.

Xatırladaq ki, Rusiyanın İstanbuldakı Baş Konsulluğunun məlumatına görə, terror aktı nəticəsində qurbanların arasında ruslar yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə