Rusiya millisinin və “Rostov” klubunun baş məşqçisi Valeri Karpin “Sport-Ekspress”ə müsahibəsində bu gün futbol üzrə
Ermənistan millisini çalışdırmaq təklifi aldığından danışıb.
SİA bu barədə rus saytlarına istinad edir.
“Zəng oldu, bəli. Təklifə qulaq asdım. Yaxşıdır”, - Valeri Karpin etiraf edib və hələ də Ermənistan millisini çalışdırmağa razı olmadığını bildirib.
“Niyə maraqlı olmasın? Çünki mən Rusiya millisinin və “Rostov”un baş məşqçisiyəm” – deyə izah edib.
Xatırladaq ki, Rusiya Futbol İttifaqının Karpinlə müqaviləsi 2024-cü il noyabrın 5-dən avqustuna qədər uzadılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB