İstanbulda atışma

Bu arada Türkiyə mediası İstanbulun “Şişxana” metrosu yaxınlığında atışma baş verdiyi barədə məlumat yayıb.

SİA-nın əldə etdiyi məlumata görə, şahidlər azı 60 atəş açıldığını bildiriblər.

Türk mediasının yazdığına görə, metro stansiyası yaxınlığındakı yoldan keçənlər ətrafdakı binalara sığınmağa məcbur olublar.

İlkin məlumata görə, atışma polislə müəyyən silahlı vətəndaş arasında olub.

Verilən məlumatlara görə, təxribatçı öldürülüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə