İtaliyalı nazir Türkiyəyə dəstək verib

İtaliyalı nazir Türkiyəyə dəstək verib

İtaliyanın xarici işlər naziri Antonio Tayani İstanbulda, İstiqlal küçəsində 6 nəfərin ölümü, 53 nəfərin yaralanması ilə nəticələnən terror aktından sonra sosial şəbəkələr vasitəsilə Türkiyəyə dəstək ifadə edib.

"İtaliya Türkiyə hökumətinə və xalqına dəstəyini və səmimi başsağlığını bildirir".

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Antonio Tayani bildirib.

İtaliyanın xarici işlər naziri, hazırda nazirliyin vəziyyəti izlədiyini və İstanbuldakı italyanlarla əlaqə saxladığını da bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə