...Bu arada İstanbul valisi Əli Yerlikaya “Tvitter” hesabında partlayışın yerli vaxtla saat 16:20 radələrində baş verdiyini bildirib. Hadisə yerinə polis, təcili yardım, yanğınsöndürənlər və digər təcili xidmətlər gəlib. O, qurbanların və yaralıların sayı barədə dəqiq məlumat verməyib. Müxtəlif mənbələrə görə, partlayış nəticəsində bir nəfərdən altı nəfərə qədər insan həlak ola bilər. Hələ ki, bu ehtimaldır...
Türkiyə mediasına nəzarət orqanı partlayışın işıqlandırılmasına müvəqqəti qadağa qoyub. Bu o deməkdir ki, yayımçılar partlayış anının və ya onun nəticələrinin videosunu göstərə bilməz. Bu cür qadağalar Türkiyədə fövqəladə vəziyyət və bəzi siyasi böhranlar zamanı tez-tez tətbiq olunur.
SİA “CNN Türk”-ə istinadən, 2015-2017-ci illər arasında Türkiyəbdə “İslam Dövləti “və qanundankənar kürd qrupları tərəfindən belə təxribatların həyata keçirildiyini xatırladıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB