Jurnalistlərə Xerson məhdudiyyəti

Jurnalistlərə Xerson məhdudiyyəti

Əvvəllər Ukrayna hərbçilərinin qadağasına baxmayaraq, Xersondakı vəziyyəti işıqlandırdığı üçün bəzi media nümayəndələrinin iş icazəsi ləğv edilib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bir sıra KİV nümayəndələri Xersonda razılıq olmadan və qadağalara məhəl qoymadan informasiya fəaliyyəti həyata keçirib ki, bu da baş komandanın əmrinin tələblərinin pozulması deməkdir. Bu səbəbdən, Ukrayna Müdafiə Nazirliyində deyildiyi kimi, belə KİV-lərin iş icazələrini ləğv edib, mətbuat kartları isə etibarsız hesab edilib.

Yeri gəlmişkən, noyabrın 11-də Ukrayna prezidenti Vladimir Zelenski, ölkə hakimiyyətinin minaların təmizlənməsi zərurətinə görə hələ jurnalistlərin Xersona buraxmaq niyyətində olmadığını bildirmişdi.

Bundan əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi 30 mindən çox rus əsgərinin Dnepr çayının sol sahilinə çıxarıldığı xəbərini vermişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə