Müharibədə “fasilə” yaranacaq?

Müharibədə “fasilə” yaranacaq?

Soyuq havaya görə Ukraynada münaqişənin dayandırılması altı aya qədər uzana bilər.

SİA bu barədə xarici mediaya istinad edir.

Qərb media mənbələri hesab edir ki, qış hər iki tərəfin hərbi hücumunu ləngitəcək və fasilə altı aya qədər davam edə bilər. Məqalədə deyilir ki, məcburi fasilə ilə münaqişə yeni mərhələyə keçəcək.

Beləliklə, məsələn, belə bir fikir var ki, Rusiya tərəfi infrastruktur obyektlərinə hücumları gücləndirə bilər və Kiyev, analitiklərin fikrincə, cavab zərbələri endirmək qabiliyyətini nümayiş etdirməli olacaq.

Yəni bir növ gizli kampaniyaya başlaya bilər.

Yenə də xarici nəşrlərin məlumatına görə, fasilə zamanı hər iki tərəf qoşunlarını yenidən hazırlayacaq və fevralda yeni hücuma hazırlaşacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə