ABŞ-da səs çoxluğu demokratlardadır

Noyabrın 8-də keçirilən aralıq seçkilərdən sonra Nevada ştatının qeyri-rəsmi nəticələrinə görə...
ABŞ-da səs çoxluğu demokratlardadır

ABŞ-ın Nevada ştatında Demokratlar Partiyasının namizədi Ketrin Kortez Nasto (Catherine Cortez Nasto) ştat və yerli vəzifələr, xüsusən də ABŞ-da konqres üzvlüyü və qubernatorluqlar üzrə keçirilən aralıq seçkilərdə rəqibini geridə qoyduqdan sonra demokratlar senatda çoxluğu təmin ediblər.

SİA türk saytlarına istinadən xəbər verir ki, noyabrın 8-də keçirilən aralıq seçkilərdən sonra Nevada ştatının qeyri-rəsmi nəticələrinə görə, Demokrat Partiyanın senatorluğa namizədi K.K.Nasto Respublikaçı Partiya rəqibi Adam Laksaltı (Adam Laxalt) keçib. Beləliklə, dekabrda Corciya (Georgia) ştatında keçirilməsi planlaşdırılan ikinci tur seçkilərinin nəticəsindən asılı olmayaraq, demokratlar 100 nəfərlik senatda 50 yerə sahib olublar.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti senatın sədri vəzifəsini icra edir və “bərabərliyi pozma oyunu” (tay-brek) edə bilər. Vitse-prezident Kamala Harrisin tay-breyk edərsə, demokratların senatdakı yerlərinin 50 faizdən çox olması mümkündür.

Corciyada demokrat Rafael Uornok və respublikaçı Herşel Uoker dekabrın 6-da senatda yer almaq üçün seçkilərin ikinci mərhələsinə çıxacaqlar.

Nümayəndələr Palatasında respublikaçılar 211, demokratlar 202 yer qazansalar da, səs çoxluğu üçün 218 yer lazımdır.

Respublikaçılar Nümayəndələr Palatasında qalib gəlsələr, demokrat prezident Co Baydenin qanunvericilik gündəliyi pozula bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə