Melitopolda Rusiya bayraqları götürülüb

l
Melitopolda Rusiya bayraqları götürülüb

Zaporojye vilayətinin bayraq dirəyinin planlaşdırılan təmiri ilə əlaqədar Melitopolun baş meydanından Rusiya bayrağı götürülüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Biz Rusiya iləyik” hərəkatının sədri Vladimir Roqov Telegram-kanalında bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda dövlət bayrağı öz yerinə qayıdacaq. “Zaporojye Rusiyadır! Belə idi, belədir və həmişə belə olacaq!”. Bunu da Roqov yazıb.

Maraqlıdır ki, Roqov, noyabrın 13-də payız havası və sel sürüşmələrinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Zaporojye istiqamətində sürətlə hərəkət etdirmək qabiliyyətinə ciddi təsir göstərməyəcəyini bildirmişdi.

Onun sözlərinə görə, bu, onların, yəni ukraynalıların müasir döyüş vasitələrinin olması ilə bağlıdırə.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə