2022-ci ilin 10 ayında Türkiyənin dəri və dəri məmulatları sektoru ixracatı

Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə...
2022-ci ilin 10 ayında Türkiyənin dəri və dəri məmulatları sektoru ixracatı

Dəri və dəri məmulatları sektoru 2022-ci ilin 10 ayında 1,7 milyard dollarlıq ixracat həyata keçirib.

SİA xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, dəri və dəri məmulatları sektorunun ixracı oktyabr ayında əvvəlki ilin eyni ayına görə 6,1 faiz artaraq 168,9 milyon dollara çatıb.

2022-ci ilin oktyabr ayında ən çox dəri ixrac edilən ilk 3 ölkə bunlardır: Almaniyaya 5 faiz artımla 13,7, Ukraynaya 387,5 faiz artımla 11,4 və Böyük Britaniyaya 36 faizlə 9 milyon dollarlıq.

Avropa İttifaqı ölkələri arasında ixracatın ən çox artdığı ölkə 157 faiz və 242 min dollarlıq artımla Estoniyadır.

Bütün xəbərlər Facebook səhifəmizdə