Depardye Rusiyadakı istehsal mərkəzini bağlayır

Depardye Rusiyadakı istehsal mərkəzini bağlayır

Fransalı aktyor Jerar Depardye Rusiyadakı "PTS ZhD" prodüser mərkəzini dayandığı üçün bağlayır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu sənətçinin dostu və prodüser Arno Frilli deyib.

“Bu struktur audiovizual layihələrin inkişafı üçün yaradılıb. Aktiv fəaliyyət olmadan bu sistem faydasızdır, çünki o, hətta fasilələr zamanı da xərc tələb edir”, -bunu Frilli bildirib.

Gələcəkdə yeni mərkəzin açılmasına icazə veriləcəyini deyən Frill, bu qərarın Rusiyanın Ukrayna ilə müharibəsi ilə bağlı böhranla əlaqədar olmadığını deyib.

Bundan əlavə, prodüser Normand-Niemen eskadrilyasından bəhs edən film üzərində işlərin dayandırıldığını da açıqlayıb. Depardye onu Rusiya-Fransa layihəsi kimi Kalininqrad vilayətində çəkmək niyyətində idi. Rusiyanın Ukraynaya hücumundan sonra Fransa tərəfi layihədən çəkilib.

“Biz hələ də ümid edirik ki, bunu bu və ya digər şəkildə həyata keçirə bilərik”. Qeyd edək ki, bunu da Frilli deyib.

Xatırladaq ki, Jerar Depardye 2013-cü ildə Rusiya vətəndaşlığını qəbul edib. Mart ayında fransalı aktyor Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünü pisləyib. Depardye Rusiya prezidentinin hərəkətlərini ağılsızlıq və qəbuledilməz adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə