İstanbulda partlayış olub

Türkiyənin İstanbul şəhərində üçmərtəbəli yaşayış binasında baş verən partlayışda 3 nəfər ölüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, partlayışdan sonra Kadıköy rayonunda yerləşən binada yanğın başlayıb.

Qeyd edək ki, partlayışa səbəb binanın 3-cü mərtəbəsində yerləşən mənzildə qaz sızması olub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın nəzarət altına alınıb. Məlumata görə, 1 yaralı binadan çıxarılıb.

Partlayışın səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə