Türkiyə Silahlı Qüvvələri "Pəncə-Kilid" əməliyyatının ilk günündən bəri İraqın şimalında 455 terrorçunu zərərsizləşdiriblər, 557 mağara və terrorçuların sığınacağı, 1904 partlayıcı qurğu məhv ediblər.
SİA xəbər verir ki, bu barədə "Anadolu"ya Türkiyənin Milli Müdaifə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində "Pəncə-Kilid" əməliyyatı uğurla davam edir.
Bundan əlavə, əməliyyat çərçivəsində Türkiyə hərbçiləri tərəfindən ümumilikdə 1203 müxtəlif çaplı silah, həmçinin AT-3, AT-4, AT-5 tank əleyhinə raketlər, reaktiv qurğular, "Doçka" və "Zaqros" zenit-raket kompleksləri "Biksi" pulemyotları, "Kanas" snayper tüfəngləri, Kalaşnikov avtomatları və M-16 avtomatları ələ keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB