Ərdoğan İndoneziyada G20 sammitində iştirak edəcək

Ərdoğan İndoneziyada G20 sammitində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 15-16-da İndoneziyada keçiriləcək G20 sammitində iştirak edəcək.

SİA xəbər verir ki, bu barədə bazar günü Türkiyə Prezident Administasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

Məlumata əsasən, sammit çərçivəsində R.T.Ərdoğan xarici liderlərlə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Bundan əlavə, sammitdən öncə, noyabrın 14-də R.T.Ərdoğan İndoneziya Prezidenti Coko Vidodo ilə görüşəcək. Görüş zamanı Türkiyə ilə İndoneziya arasında əlaqələr, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar nəzərdən keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə