Ukrayna hakimiyyəti bu gün Xersonda komendant saatı tətbiq edib. Belə ki, şəhərə artıq giriş-çıxışı məhdudlaşdırıb. Ukraynanın Xerson vilayət hərbi administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç bu addımın şəhərin minalardan təmizləməsi ilə bağlı həyata keçirildiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, komendant saatı Moskva vaxtı ilə saat 19:00-dan 07:00-dək qüvvədədir.
Öz növbəsində, Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müavini Kiril Timoşenko Xersonda regional hərbi administrasiya, Milli Polis və Ukrayna Təhlükəsizlik Xidmətinin işə başladığını elan edib.
Xatırladaq ki, daha əvvəl Rusiya hakimiyyəti Dnepr çayının sağ sahilində yerləşən dörd bələdiyyə sakinlərini daimi atəşə tutulması, habelə zərbə zamanı daşqın təhlükəsini əsas gətirərək Xerson vilayətinə və Rusiyanın digər subyektlərinə köçürmək qərarına gəlib.
Bir daha xatırladaq ki, noyabrın əvvəlində sağ sahildən 115 min insan təxliyə edilib. Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu qoşunların sol sahilə köçürülməsinə və Rusiya Silahlı Qüvvələrinin Dnepr xətti boyunca müdafiə xəttinin təşkilinə razılıq verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB