Rusiya və İran prezidentləri telefonla danışıb

Rusiya və İran prezidentləri telefonla danışıb

Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi arasında telefon danışığı olub. Kremldən bildiriblər ki, onlar siyasi və iqtisadi sahələrdə əməkdaşlığın qurulmasını müzakirə ediblər, həmçinin Rusiya və İran departamentləri arasında təmasların intensivləşdirilməsi barədə razılığa gəliblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Vladimir Putin daha əvvəl də Rusiya ilə İran arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edəcəyini bildirmişdi.

Bu arada ABŞ Dövlət Departamentinin məlumatına görə, Cozef Bayden administrasiyası Rusiya ilə İran arasında münasibətlərin dərinləşməkdə davam etməsindən narahatlıq ifadə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə