Altaydan səfərbər olanlar komandirin hədələrindən şikayətlənirlər
Ukraynadakı döyüş bölgəsində cəbhə xəttinə qayıtmaqdan imtina edən Altay diyarından səfərbər olanlar komandirlərin təhdidlərini əsas gətirərək, hərbi prokurorla görüş tələb ediblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Altay diyarının Aleysk şəhərindən olan 35-ci briqada çağırışdan iki həftə sonra sentyabrın sonunda cəbhə bölgəsinə göndərilib. Oktyabrın 25-də briqadaya Luqansk vilayətinin Kremenski rayonunun Nevskoye kəndinə doğru irəliləmək tapşırığı verilib.
Çağırışçıların iddiasına görə, bizi müşayət edəcək yeddi piyada döyüş maşını var idi ki, onlardan yalnız ikisi işə düşdü, digərlərini isə itələməli olduq.
Çağırışçılar komandirlərinin səhvi üzündən pusquya düşüb itki verdiklərini bildiriblər. Ertəsi gün onlar “daha hazırlıqlı pusquya düşdüklərini” deyirlər.
Komandirləri onlara geri çəkilməyi əmr edib. 91 çağırışçıdan 60-ı Luqansk vilayətinin Svatovo şəhərinə çəkiliblər. Səfərbər olunmuşların sözlərinə görə, növbəti gün komandirləri onları yenidən cəbhə xəttinə qayıtmaq əmri veriblər. Qayıtmaq istəməyənləri isə isə hərbi prokurorluqla qorxudublar.
Səfərbər olanlar indi arxadadırlar. Onlar hərbi prokurorla görüş tələb edirlər, lakin komandanlıq buna imkan vermir. . Səfərbər olanlar videomüraciət yazmaq istəyiblər, lakin hərbi polis gəlib, fəallıq edənlərin qollarını qandallayıb, aparıblar.
Amma məsələ bundadır ki, arxada olmalarına baxmayaraq onlar da atəşə tutulub.
...Nəticədə komandirləri həlak olub, səfərbərlərdən cəmi 4 nəfər sağ qalıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB