Ruslar Xersondan geri çəkilərkən 7 körpü dağıdıblar

Ruslar Xersondan geri çəkilərkən 7 körpü dağıdıblar

Yox, hələ ki, özləri açıq şəkildə olmasa da, amma üstüörtülü də olsa etiraf etməyə başlayıblar.

Beləliklə, Xersondan geri çəkilən rus qoşunları dördü Dneprdən keçən, azı yeddi körpünü dağıdıblar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Maxar”ın peyk görüntülərinə istinad edilir. (...qeyd edək ki, “Maxar” baş ofisi ABŞ-ın Kolorado ştatının Vestminster şəhərində yerləşir. Ofisdə Yerin müşahidəsi, radar və orbit xidmətləri göstərilir-A.B.)

Beləliklə, “Maxar”ın təqdim etdiyi fotoşəkillərdə Kaxovskayadakı su elektrik stansiyasının bəndinin zədələndiyi və üç şlüzdən su axdığı görünür.

Qeyd edək ki, Ukraynanın yerli teleqram kanalları noyabrın 11-nə keçən gecə Kaxovskaya su elektrik stansiyasının yaxınlığında partlayış səslərinin eşidildiyini bildirmişdi.

Bundan əlavə, avtomobil-piyada və dəmir yolu Antonovski körpüləri, Kaxovskaya Su Elektrik Stansiyasının bəndinin üzərindəki avtomobil və dəmir yolu dağıdılıb.

Qeyd edək ki, bu “Maxar”ın təqdim etdiyi fotoşəkillərdə aydın görünür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə