İsrailin şimalında hərbi baza qarət edilib

İsrailin şimalında hərbi baza qarət edilib

İsrail ordusu ölkənin şimalında yerləşən hərbi bazadan sursatların oğurlandığını bildirib. SİA bu barədə rus saytlarına istinad edir.

Hərbi bazadan oğurluq edən şəxsin sursatları hasardakı deşikdən çıxardığı dəqiqləşdirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını müəyyən edir, əmlakın axtarışı istiqamətində tədbirlər həyata keçirirlər.

Verilən məlumata görə, iş hərbi prokurorluğa veriləcək.

Əli

Bütün xəbərlər Facebook səhifəmizdə