Şakir Özkan Torunlar Türkiyənin İsraildəki səfiri təyin olunub

Şakir Özkan Torunlar Türkiyənin İsraildəki səfiri təyin olunub

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, Şakir Özkan Torunlar Türkiyənin İsraildəki səfiri vəzifəsinə təyin olunub.
Şakir Özkan Torunların Türkiyə Cümhuriyyətinin İsraildəki səfirliyinə təyin edilməsi ilə bağlı qərar “Resmi Gazete”də dərc olunub.

Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə dərc olunan qərara əsasən, Xarici Siyasət Həmrəylik Şurasının üzvü Şakir Özkan Torunlar Türkiyə Cümhuriyyətinin İsraildəki səfiri vəzifəsinə təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə