Rusiya prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyata ölkə üçün həyati şərait tələb etdiyi üçün başlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Patriarxal Mədəniyyət Şurasının sədri, Pskov və Porxov mitropoliti Tixon (Şevkunov) “Rossiya 24” telekanalının efirində bildirib.
“Mənim üçün, qeyri-hərbi bir şəxs, xüsusi hərbi əməliyyata başlamasının bütün səbəblərini başa düşmək çətindir. Amma mən Rusiya prezidenti Vladimir Putini şəxsən tanıyıram. O, Rusiya üçün başqa həyat şəraitində xüsusi hərbi əməliyyata başlamazdı. Yəqin bu lazımmış”-deyən “din adamı” daha sonra hazırda bir çox hadisələri izah etməyin çətin olduğunu və zamanın hər şeyi öz yerinə qoyacağını da əlavə edib.
Yeri gəlmişkən, “din adamı”nın xüsusi hərbi əməliyyatın başlama səbəblərindən birini bu günlərdə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev göstərib.
Demə, Kiyev Kremldən xəlvət nüvə proqramını bərpa etmək istəyirmiş. Təbii ki, buna yol vermək olmaz!
Bir də Medvedev belə hesab edir ki, Ukraynanın hazırkı rəhbərliyi 1994-cü il Budapeşt Memorandumu çərçivəsində öz ölkəsində yerləşən və SSRİ-dən miras qalmış nüvə arsenalının çıxarılması barədə qəbul edilmiş qərara görə guya “acı-qırıq ağlayır”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB