Kaxovka rəhbərliyi Dneprin sol sahilindəki 15 kilometrlik zonanı tərk edir

Kaxovka rəhbərliyi Dneprin sol sahilindəki 15 kilometrlik zonanı tərk edir

Xerson vilayətinin Kaxovka rayonu administrasiyasının əməkdaşları Dnepr çayının sol sahilindəki 15 kilometrlik zonanı tərk edirlər.

SİA rus saytlarına istinadən bu barədə rayon administrasiyasının başçısı Pavel Filipçuk videomüraciətində məlumat verib.

Onun sözlərinə görə, guya administrasiya Ukrayna Silahlı Qüvvələrinin hücum obyektindədir.

Filipçukun dediyinə görə, administrasiyanın əməkdaşları daha təhlükəsiz əraziyə köçürlər. Administrasiya başçısı, Dnepr çayının sol sahilindəki 15 kilometrlik zonanın mümkün hərbi əməliyyatların aparıldığı ərazi olduğunu bildirib. O, əlavə edib ki, bu ərazilərdə yaşayış şəraiti mülki şəxslər üçün daha rahatdır.

Xatırladaq ki, daha əvvəl Xerson vilayətinin hakimiyyət orqanları Dnepr çayının sol tərəfindəki 15 kilometrlik zonada yaşayış məntəqələrinin boşaldılmasını, Rusiya Müdafiə Nazirliyi isə həmən ərəfədə hərbi personalın və texnikanın oradan çıxarılmasının başa çatdığını elan etmişdi.

Və elə həmin gün də Ukrayna Müdafiə Nazirliyi Xerson şəhərinin Ukrayna hərbçilərinin nəzarətinə keçdiyini açıqlamışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə