''Paris İqlim Sazişindən çıxdığımız üçün üzr istəyirəm''

''Paris İqlim Sazişindən çıxdığımız üçün üzr istəyirəm''

Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə ölkəsinin Paris İqlim Sazişindən çıxmasına görə üzr istəyib.
SİA-nın əldə etdiyi məlumata görə, Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən BMT-nin 27-ci İqlim Konfransında çıxış edən Cozef Bayden iqlim böhranının humanitar, iqtisadi, ekoloji və milli təhlükəsizliklə əlaqəli olduğuna diqqət çəkib və ölkəsinin Donald Tramp dövründə Paris İqlim Sazişindən çıxdığını xatırladıb.
Cozef Bayden deyib: ''Mən vəzifəmin icrasına başladıqdan sonra ABŞ sazişə yenidən qoşuldu. Böyük iqlim sammitləri keçirdik. Bu sazişdən çıxdığımız üçün üzr istəyirəm''.
ABŞ-ın 2030-cu ilə qədər karbon emissiyası hədəflərinə çatmaq üçün əlindən gələni etdiyini deyən Bayden Rusiya-Ukrayna müharibəsinin də qalıq yanacaqlardan asılılığa son qoyulmasının vacibliyini göstərdiyini söylədi.
Bayden həmçinin iqlim böhranı ilə mübarizə üçün Afrika ölkələrinə 150 ​​milyon dollar yardım edəcəklərini bildirib.
Baydenin çıxışının sonuna doğru zaldakı bir qrup qalıq yanacaq əleyhinə etiraz aksiyasına başladı.

Bütün xəbərlər Facebook səhifəmizdə