Beş terrorçu da tәhlükәsizlik qüvvәlәrinә tәslim olub

Beş terrorçu da tәhlükәsizlik qüvvәlәrinә tәslim olub

İraqın şimalında hәyata keçirilәn ‘‘Pәncә-Kilid’’ әmәliyyatı bölgәsindәki bir mağarada tәsbit edilәn separatçı terror tәşkilatı PKK-nın beş üzvü dә tәhlükәsizlik qüvvәlәrinә tәslim olub.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barәdә Türkiyənin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

‘‘Türk hәrbçilәri tәslim olana zәrәr vermәz! ‘‘Pәncә-Kilid’’ әmәliyyatı bölgәsindәki bir mağarada tәsbit edilәn separatçı terror tәşkilatı PKK-nın beş üzvü dә tәhlükәsizlik qüvvәlәrinә tәslim olub’’,-deyә mәlumatda vurğulanıb.

Mәlumatda hәmçinin son 10 gündә 7 terrorçunun Türkiyə Silahlı Qüvvәlәrinә tәslim olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə