Xersonun azad edilmiş ərazisində mülki şəxslərin qalıqları tapılıb
Xerson vilayətinin işğaldan azad edilmiş Berislav rayonunda mülki şəxslərin qalıqları tapılıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ukrayna Baş Prokurorluğu yayıb.
İlkin məlumatlara görə, qalıqlar qəsəbənin işğalı zamanı həlak olan üç yerli sakinə məxsusdur. Meyitlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şəhər tipli qəsəbədəki adı qeyd olunmayan zirzəmilərdən birində aşkar edilib. ( ...qeyd edək ki, Xerson vilayətinin Berislav şəhərində işqala qədər 45 mindən bir qədər artıq insan yaşayıb-A.B.)
Beləliklə, Ukrayna Baş Prokurorluğunun məlumatına görə, meyitlərin ilkin müayinəsi zamanı onların kəllə sümüklərinin sınığı şəklində bədən xəsarətləri aşkar edilib. Ölənlərin qalıqları DNT müayinəsi də daxil olmaqla ekspertizaya göndərilib.
Prokurorluğunun məlumatına görə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan indiyədək 44 mindən çox təcavüz və müharibə cinayəti qeydə alınıb. Bunlardan 43 000-dən çoxu müharibə qanunlarının və adətlərinin pozulmasıdır ki, bu da digər hallarla yanaşı, hərbi əsirlərə və ya mülki əhaliyə qarşı pis rəftardır.
Qeyd edək ki, Ukrayna Baş Prokurorluğu qiyabi olaraq Ukrayna vətəndaşlarına qarşı seksual xarakterli zorakılıqda ittiham olunan 200-dən çox rus əsgərini müəyyən edib.
...İşğal olunmuş ərazilərdə həm uşaqlar, həm də qocalar zorakılığın qurbanı olublar, əsir götürülən ukraynalı hərbçilərə qarşı hətta cinsi zorakılıq da tətbiq edilib.
Bunu Ukrayna Baş Prokurorluğunun Hərbi Cinayətlərin İstintaq İdarəsinin rəisi Yuri Belousov bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB