Balidə Avropa İttifaqı və Böyük Britaniya Rusiyanı boykot edəcək?
Avropa İttifaqı və Böyük Britaniya noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitində Rusiya nümayəndə heyətinin çıxışlarını boykot etmək niyyətindədir.
SİA-nın əldə etdiyi məlumata görə, bu u barədə xəbəri Britaniya mətbuatı yayıb.
Avropa İttifaqının xarici əlaqələr xidmətinin sözçüsü “The Daily Telegraph”a bildirib ki, beynəlxalq ictimaiyyət bu yolla “Rusiyanın bütün bu cinayətləri, vəhşilikləri və qanunsuz hərəkətləri haqqında” nə düşündüyünü göstərmək istəyir.
Ölkələr həmçinin Rusiyanı müharibəyə son qoymağa çağıracaq, danışıqların Ukrayna üçün məqbul şərtlərlə aparılmalı olduğunu qeyd edəcəklər.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin G20 sammitinə gəlməyəcəyi və videoformatda da iştirak etməyəcəyi məlum olub.
Maraqlıdır ki, Putinin mətbuat katibi Dmitri Peskov Putinin qərarını “onun Rusiyada olmasının zəruriliyi” ilə izah edib.
Verilən məlumata görə, Rusiyanı sammitdə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.
Onu da xatırladaq ki, hələ iyul ayında Balidə keçirilən G20 xarici işlər nazirlərinin konfransında Lavrov özünü təcrid vəziyyətində tapıb və görüşü vaxtından əvvəl tərk etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB