Dünyaca məşhur küçə rəssamı Benksinin mənalı əsəri

Dünyaca məşhur küçə rəssamı Benksinin mənalı əsəri

Dünya şöhrətli küçə rəssamı Benksi Ukraynada Rusiyanın bombalaması nəticəsində dağılan binanın divarında yeni işini paylaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, divarda qadın gimnast əlləri üzərində tarazlaşır. Divar şəkilləri ilə dünya miqyasında təsir bağışlayan britaniyalı qraffiti rəssamı Benksi son işini İnstaqram hesabında paylaşıb. Benksinin "Borodyanka, Ukrayna" qeydi ilə paylaşdığı əsərində müharibədə dağılmış binanın divarında əlləri üzərində tarazlıq tutan qadın gimnast təsvir edilib. Dünyanın ən məşhur rəssamlarından biri olan və əsərlərində “Benksi” təxəllüsündən istifadə edən rəssam illərdir kimliyini gizli saxlayıb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə