Təkcə ruslara xas olan insani mehribanlıq?..

Təkcə ruslara xas olan insani mehribanlıq?..

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev Rusiyanın guya Ukraynadakı xüsusi əməliyyat zamanı hələ də bütün hərbi arsenalından istifadə etmədiyini deyib,

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əslində Ukraynada xüsusi əməliyyat başlayandan biz bunu artıq neçənci dəfədir ki, Təhlükəsizlik Şurasının rəhbərinin müavinindən eşitməkdəyik.

“Bütün ağlabatan insanlara bəlli olan səbəblərə görə, Rusiya mümkün məhvetmə vasitələrinin bütün arsenalından hələ də istifadə etməyib. Həm də əhalinin məskunlaşdığı ərazilərdə yerləşən bütün mümkün düşmən hədəflərini vurmayıb”-deyən Medvedev bunun səbəbini bilirsiniz nə ilə əlaqələndirib? Təkcə ruslara xas olan insani mehribanlıqla.

Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya mümkün qədər mülki əhalinin, eləcə də hərbçilərinin həyatını xilas etməyə çalışır,-deyən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının rəhbərinin müavini əlavə edir ki, “Rusiya döyüş işləri aparır, imkan daxilində hərbçilərimizin və mülki şəxslərin həyatını xilas etməyə çalışır. Düşmənlərimiz öz əsgərlərinin və mülki şəxslərin həyatını saymır. Bu, bizim onlarla böyük mənəvi fərqimizdir”.

“Halal olsun..?”

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə