Ruslan Kazakbayev Qırğızıstanın Türkiyədəki səfiri təyin olunub

Ruslan Kazakbayev Qırğızıstanın Türkiyədəki səfiri təyin olunub

Qırğızıstanın keçmiş xarici işlər naziri Ruslan Kazakbayev Qırğızıstanın Türkiyədəki səfiri vəzifəsinə təyin olunub.
SİA-nın türk saytlarına istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilib. Məlumata görə, ölkə prezidenti Sadır Caparovun sərəncamına əsasən Ruslan Kazakbayev Qırğızıstanın Türkiyədəki səfiri vəzifəsinə təyin olunub.
Kazakbayev 2020-ci ilin oktyabrından 2022-ci ilin aprelinə qədər xarici işlər naziri vəzifəsini icra edirdi.
Ruslan Kazakbayev 2005-2008-ci illərdə ölkəsinin İstanbuldakı baş konsulu vəzifəsində çalışıb.
Qeyd edək ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısında Qırğızıstanın Türkiyədəki səfiri Kubaniçbek Ömürəliyev Türk Dövlətləri Təşkilatının baş katibi vəzifəsinə təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə