Dmitro Kuleba taxıl dəhlizinə dəstək verilməsini istəyib

Dmitro Kuleba taxıl dəhlizinə dəstək verilməsini istəyib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkələri taxıl dəhlizini dəstəkləməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Dmitro Kuleba bu barədə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının 40-cı və 41-ci Sammitində ASEAN-ın Baş katibi Dato Lim Cok Hoi ilə görüşündə deyib

Ukrayna Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib ki, Kuleba qlobal ərzaq təhlükəsizliyi üçün taxıl dəhlizinin əhəmiyyətinə diqqət çəkərək ASEAN-dan Rusiyadan Qara Dəniz Taxıl Təşəbbüsünün uzadılmasını tələb etməsini istəyib.

Qeyd edək ki, iyunun 22-də prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Ukrayna, Rusiya, Türkiye və Birləşmiş Millətlər Təşkilatı arasında taxıl sazişi imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə