Türkiyədə zəlzələ olub

Türkiyənin Ərzincan şəhərinin Tercan rayonunda 3,8 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu haqda Türkiyənin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli saatla 20:02-də qeydə alınıb.

Yerin 6,99 kilometr dərinliyində baş verən zəlzələdə dağıntı olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə