Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Rusiyaya girişi qadağan olunmuş 200 ABŞ vətəndaşının siyahısını dərc edib.
Departament izah edib ki, qərar Vaşinqtonun tətbiq etdiyi şəxsi sanksiyalara cavab olaraq verilib.
Siyahıda ABŞ-ın hazırkı prezidenti Ceyms və Frensis Baydenin qardaşları, onun bacısı Valeri Bayden də var.
Həmçinin “qara siyahı”da Konqresin aşağı palatasının spikeri Nensi Pelosinin əri Pol Pelosi də var.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hələ iyun ayında Rusiyanın xarici işlər nazirliyi 25 ABŞ vətəndaşının Rusiyaya girişinə qadağa qoyub. Daha sonra bu qadağaılar ABŞ prezidentinin həyat yoldaşı və qızları Cil və Eşli Baydenə də şamil edildi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB