Cəbhə xəttinə yaxın yerləşən Zaporojye vilayətinin Rusiya tərəfindən işğal olunmuş rayonlarının atəşə tutulmasına görə sakinləri Rusiyaya deyil, ilhaq edilmiş rayonun digər rayonlarına daşımaq mümkündür.
SİA-nın rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski məlumat verib.
Balitski, bunu insanların həyatını qorumaq üçün etdiyini bildirib.
Onun sözlərinə görə, ilhaq edilmiş Krıma və Rusiyanın regionlarına təxliyə bu gün nəzərdə tutulmayıb.
Qeyd edək ki, oktyabr ayında mümkün atəşə görə Rusiya hakimiyyəti ilhaq edilmiş Xerson bölgəsindəki Xerson sakinlərinin təxliyə edildiyini elan etdi. Bundan əvvəl Xerson sakinlərinə “istirahət və sağalmaq üçün” Rusiyaya getməyi təklif edirdilər. Noyabrda rus qoşunları Ukrayna ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Xersondan və ümumiyyətlə, Dnepr çayının sağ sahilindən geri çəkilməkdədir.
Gərək ki, may ayında “Vahid Rusiya”nın Baş Şurasının katibi Andrey Turçak işğal olunmuş Xerson vilayətinə səfəri zamanı “Rusiya həmişəlik buradadır” demişdi. Avqust ayında şəhərdə “Xerson əbədi Rusiya ilə” yazısı ilə plakatlar as(dır)ılmışdı.
Qeyd edək ki, o vaxt Turçak Xarkov vilayətinin Kupyansk şəhərinə olarkən də buralara “əbədi” gəldiyindən demişdi. Və sonradan oradan da rus qoşunlarını vurub çıxardılar.
Bilirsinizmi maraqlısı nədir? Bəli, Kremlin hələ də Xersonsuz Xerson bölgəsini, Zaporojyesiz Zaporojye bölgəsini Rusiyanın “əraziləri” hesab etməsi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB