Olaf Şolz Zelenskiyə söz verdi...

Olaf Şolz Zelenskiyə söz verdi...

Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şolzla danışıb. Almaniyanın Nazirlər Kabinetindən bildirilib ki, Almaniya lideri Rusiya ilə münaqişədə Kiyevə dəstəyini davam etdirəcəyinə söz verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Şolz, Zelenski ilə söhbətində Almaniyanın enerji infrastrukturu və hava hücumundan müdafiə sahəsində mövcud prioritetləri nəzərə alaraq Ukraynanı dəstəkləyəcəyini bildirib.

Dövlət başçıları taxıl sazişinin müddətinin uzadılmasını da istəyiblər.

Qeyd edək ki, telefon danışığı zamanı alman kansler Zelenski ilə döyüş meydanındakı vəziyyəti də müzakirə ediblər və G20 sammiti ərəfəsində mövqeləri razılaşdırıblar.

Yeri gəlmişkən, Qərb Rusiya Federasiyasına qarşı mübarizədə Ukraynaya silah və məsləhətçilərlə yardım etməkdə davam edir.

Bunu isə rus saytı bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə