Yunanıstanın ilin ilk 10 ayında ölümə tərk etdiyi mühacir sayı

Yunanıstanın ilin ilk 10 ayında ölümə tərk etdiyi mühacir sayı

Yunanıstanın ilin ilk 10 ayında Egey dənizində ölümə tərk etdiyi 18 487 qanunsuz mühacir xilas edilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Ailələri ilə birlikdə yeni həyat ümidi ilə dənizə üz tutan qanunsuz mühacirlərin çoxu Yunanıstan Sahil Mühafizə Xidməti qrupları tərəfindən döyüldükdən sonra Türkiyə ərazi sularına atılır.

Mühərrikləri çıxarılan qayıqlarla dənizin ortasında qalan mühacirlərin son ümidi isə Türkiyə Sahil Mühafizəsi qruplarıdır. Pis rəftara məruz qalan, əlləri qandallanan və qızıl-zinət əşyaları müsadirə edilən mühacirlərin kömək çağırışına Egey dənizində çalışan Türkiyə Sahil Mühafizəsi qrupları cavab verir.

Sahil Mühafizə Komandanlığı qrupları yanvarın 1-dən oktyabrın 31-dək Türkiyənin Çanaqqala, Balıkəsir, İzmir, Aydın və Muğla vilayətlərinin sahill sularına atılan 18 487 qanunsuz mühacir xilas edib.

Ən çox Türkiyə sularına itələmə hadisəsi avqust ayında 3259 qanunsuz mühacirlə baş verib.

Eyni dövrdə 11 541 qanunsuz mühacir xaricə getməyə cəhd edərkən yaxalanıb.

Yenə bu müddət ərzində Egey dənizində 18 qeyri-qanuni miqrantın cəsədi tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə