Nijni Novqorodda 18 yaşlı gənc çağırış məktubu aldıqdan sonra intihar edib. Mərhumun anası oğlunun hərbi çağırışa görə çox narahat olduğunu bildirib.
SİA-nın rus mənbələrə istinadən əldə etdiyi məlumata görə, hadisə Pavlovski rayonunda baş verib.
Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri aparılır, gəncin ölümünün bütün halları aydınlaşdırılır.
Qeyd edildiyi kimi, mərhumun anası oğlunun hərbi çağırışdan çox narahat olduğunu bildirib.
Bir neçə gün sonra onu mənzildə ölü tapdılar.
O da qeyd edilir ki, bu həftə Nijni Novqorod vilayətindən ən azı üç nəfərin öldüyü məlum olub.
Beləliklə, noyabrın 10-na olan məlumata görə, Ukraynada gedən müharibədə Novqorod vilayətinin 133 yerli sakini həlak olub. Qeyd edək ki, yerli səlahiyyətlilər onların ölümünü bu və ya digər şəkildə etiraf etməyə məcbur olublar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB