“Xersonu təslim etdilər, Moskvanı da təslim edəcəklər”

“Xersonu təslim etdilər, Moskvanı da təslim edəcəklər”

Artıq xəbər verdiyimiz kimi, bu gün Ukrayna hərbçiləri Xersona daxil olublar.

Bu arada Permdə Rusiyanın təhlükəsizlik qüvvələri Olqa Syutkina adlı rus qadınını saxlayıblar.

Qeyd edək ki, rus qadını əlində “Xersonu təslim etdilər, Moskvanı da təslim edəcəklər” yazılmış plakat nümayiş etdirirmiş.

Maraqlıdır ki, polis qıza yaxınlaşanda o, “bu rus xalqının qanıdır” deyərək əlini kəsib.

Əllərində kəsiklər olan saxlanılan şəxs təcili yardım gələnə qədər polis bölməsinə aparılıb. Orada Syutkinaya qarşı rus ordusunu gözdən salmaq barədə protokol tərtib edilib.

Bir müddət bundan əvvəl SİA-nın da xəbər verdiyi kimi, bu gün Ukrayna hərbçiləri Xersona daxil olublar. Rusiya Müdafiə Nazirliyi daha əvvəl bildirib ki, cümə günü səhər saatlarında bütün rus qoşunları Xersonun yerləşdiyi Dnepr çayının sağ sahilindən çıxarılıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ukraynalı hərbçilərin şəhərə daxil olduğunu təsdiq edərək, hələ də Xersonda qala biləcək Rusiya hərbçilərinə təslim olmağa çağırıb.

Çərşənbə günü Rusiya qruplaşmasının komandiri general Sergey Surovikin sağ sahilə çəkildiyini elan edib. Rus qoşunları arxada Dnepr üzərindən keçən körpüləri də partladıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə