Ukrayna daha 45 hərbçisini vətənə qaytarıb

Ukrayna daha 45 hərbçisini vətənə qaytarıb

Noyabrın 11- də Ukrayna və Rusiya arasında daha bir əsir mübadiləsi baş verib, 45 ukraynalı vətənə qayıdıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

“Biz 45 hərbçini – zabitləri, çavuşları və sıraviləri azad edə bildik. Eyni zamanda, döyüşlərdə həlak olan iki hərbçinin cəsədini də qaytara bildik”, - deyə Andrey Yermak əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə