Meksikada gecə klubunda atışma olub, ölən və yaralananlar var

Meksikada gecə klubunda atışma olub, ölən və yaralananlar var

Meksikanın Quanaxuato ştatında gecə klubuna silahlı hücum nəticəsində 9 nəfər ölüb.

SİA xəbər verir ki, Meksika mətbuat orqanlarının yaydığı məlumata görə, silahlı şəxslər ştatın Apaseo El Alto şəhərindəki gecə klubuna basqın ediblər.

Yerli hakimiyyət orqanları hücum nəticəsində 9 nəfərin öldüyünü, çox sayda insanın yaralandığını bildirib.

Şübhəlilər hadisə yerindən qaçıblar. Polis ərazidə genişmiqyaslı əməliyyata başlayıb.

Digər tərəfdən Empalme Eskobedo qəsəbəsində dəstələr arasında baş verən silahlı qarşıdurmada 12-dən çox avtomobilin və bir neçə iş yerinin yandırıldığı bildirilib.

Quanaxuato ştatında ilin əvvəlindən bəri ölənlərin sayı 2424 nəfərə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə