Nigeriyada yanacaq daşıyan tanker partlayıb

Nigeriyada yanacaq daşıyan tanker partlayıb

Nigeriyanın Kogi əyalətində yanacaq daşıyan tankerində baş verən partlayış nəticəsində 11 nəfər ölüb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Nigeriya Yol Təhlükəsizliyi Birliyinin sözçüsü Bisi Kazeem hadisənin İtobe-Anyigba magistral yolunda baş verdiyini bildirib.
Partlayışda ilkin məlumatlara görə 11 nəfərin öldüyünü qeyd edən Kazeem çox sayda insanın yaralandığını, magistral yolundakı 20 avtomobilin yanaraq yararsız hala düşdüyünü vurğulayıb.
Kazeem bölgəyə təcili müdaxilə qruplarının göndərildiyini və yanğının nəzarət altına alındığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə