Məşhur moda evi məhkəməlik olub

Məşhur moda evi məhkəməlik olub

"Uffizi" qalereyası Sandro Bottiçellinin "Veneranın doğuşu" tablosundan icazəsiz istifadə etdiyi üçün məşhur Fransa moda evini məhkəməyə verib.
SİA xəbər verir ki, dünyanın ən çox ziyarət edilən muzeylərindən biri olan "Uffizi" moda evinin tablodan paltarda istifadə edərək, onlardan icazə alınmadığını açıqlayıb. Faktla bağlı iddia qaldırılıb. İddiaya görə, muzey işin paltardan çıxarılmasını və ya kommersiya razılaşması əldə etmək üçün moda evindən tez bir zamanda onlarla əlaqə saxlamağı xahiş edib. Lakin məktublarına cavab gəlməyincə məhkəməyə müraciət olunub.

Şərf, paltar, şalvar və köynəklərdə “Veneranın doğuşu” tablosundan istifadə edən moda evinin 100 min avrodan çox təzminat ödəyəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə