Krasnodar Şəhər Dumasının deputatı İqor Azarov müharibəyə etiraz əlaməti olaraq istefa verdiyini və mühacirət etdiyini açıqlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o,
Telegram kanalında bu qərarını əsas səbəbi Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləməməsi ilə əlaqələndirib.
Üstəlik, deyilənlərə görə, deputat orduya səfərbər olunacağından da qorxurmuş. Onun fikrincə, bu, onun dünyagörüşünə ziddir.
“Mənim əqidələrim imkan vermir ki, başa düşmədiyim məqsəd və məqsədlər naminə əlimə silah alıb insanları öldürüm”. Azarov deyib bunları.
Onun sözlərinə görə, o, hazırda Serbiyadadır və əsas işi ilə əlaqədar ezamiyyətə gedib. Bir neçə gün əvvəl o, Rusiyaya qayıtmamaq qərarına gəlib. Bundan əlavə, o, müraciətində seçicilərə verdikləri dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, 30 yaşlı Azarov 2020-ci ildə birmandatlı seçki dairəsi üzrə Şəhər Dumasına deputat seçilib. Namizəd Aleksey Navalnının “Ağıllı səsvermə” (“Умное голосование”) layihəsi dəstəkləyib. O, Kommunist Partiyası fraksiyasının üzvü olub və partiyanın Kuban şöbəsinin saytında kommunistlərdən deputat kimi elan olunub.
2021-ci ildə deputat Dumada vəzifə tutmaq imkanından məhrum edilib. Belə ki, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Azarovun bağlanmış tələbə krediti üçün bəyan edilməmiş texniki hesabının olmasını pozuntu hesab edib.
Yeri gəlmişkən, oktyabr ayında Rusiya Federasiyası Kommunist Partiyasından olan Vladivostok Şəhər Dumasının deputatı Viktor Kamenşçikov ABŞ-dan sığınacaq aldığını açıqlamışdı. Bundan əvvəl o, partiyadan çıxmaq üçün ərizə verib və bunu müharibə əleyhinə mövqeyi ilə izah etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB