Netanyahu İsrail parlamentinin dəstəyini qazanıb

Netanyahu İsrail parlamentinin dəstəyini qazanıb

“Likud” partiyasının lideri Benyamin Netanyahunun namizədliyi Knessetin (İsrail parlamenti) 120 deputatından 63-nün dəstəyini qazanıb ki, bu da ona yeni hökuməti qurmaq üçün prezident mandatı almaq imkanı verəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, hazırda ölkə prezidenti İshak Hersoq noyabrın 1-də keçirilən növbədənkənar seçkilərdən sonra Knessetin yeni çağırışına daxil olan partiyaların nümayəndələri ilə məsləhətləşmələri davam etdirir.

Dövlət başçısı Yəhudi Gücü partiyasının nümayəndə heyətini qəbul edib. Onun nümayəndələri Netanyahunun baş nazir postuna namizədliyini Hersoqa tövsiyə ediblər. Bundan əvvəl daha dörd partiya artıq Netanyahunun namizədliyini dəstəkləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə