Meksikanın mərkəzində yerləşən Quanaxuato ştatında naməlum silahlı şəxslər bardakı insanlara atəş açıb. SİA xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Hücum nəticəsində 9 nəfər həlak olub. “Silahlı şəxslər içəriyə daxil olaraq müştərilərə atəş açmağa başlayıblar. Nəticədə beş kişi və dörd qadın həlak olub, daha iki qadın isə yaralanıb”, - deyə açıqlamada qeyd olunub. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Avqustun əvvəlində naməlum şəxslər eyni ştatın Celaya bələdiyyəsindəki bara hücum ediblər. Cinayətkarların əli ilə 8 nəfər ölüb, daha 5 nəfər yaralanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB