"Rusiya qoşunlarını Xersondan çıxarmaq üçün 1 həftə lazımdır" - Ukraynanın müdafiə naziri

"Rusiya qoşunlarını Xersondan çıxarmaq üçün 1 həftə lazımdır" - Ukraynanın müdafiə naziri

Rusiya qoşunlarını Xerson şəhərindən çıxarmaq üçün ən azı bir həftə vaxt lazımdır. SİA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksey Reznikov "Reuters" agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qış döyüş meydanında əməliyyatları ləngidir və hər iki tərəfə özünü bərpa etmə şansı verir.

Nazir deyib ki, Rusiyanın Xerson vilayətində 40 minlik kontingenti var və Rusiya qüvvələri şəhərdə, şəhərin ətrafında və Dnepr çayının sağ sahilindədir.

"Bu qoşunları bir və ya iki günə Xersondan çıxarmaq o qədər də asan deyil. Ən azı, bir həftə çəkəcək", - o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə